ABŞ: İranın Ərbildə hədəfə aldığı obyekt İsrailin təlim mərkəzi olub

ABŞ: İranın Ərbildə hədəfə aldığı obyekt İsrailin təlim mərkəzi olub

“The New-York Times qəzeti ABŞ mənbələrinə istinadla bildirib ki, İranın ötən həftə Ərbildə raketlərlə hədəfə aldığı obyekt İsrailin təlim mərkəzi olub.”

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bu barədə ABŞ mənbələri New-York Times-a məlumat veriblər.

ABŞ-ın yüksək rütbəli rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ötən həftənin sonu İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən atılan raketlə Ərbildə vurulan binalardan biri İsrailin təlim obyekti olub.

ABŞ rəsmisi əlavə edir ki, Ərbildəki ABŞ konsulluğu hücumun hədəfi olmayıb.

ABŞ qəzeti burada ölən və yaralananlar barədə məlumat verməyib.

Lakin İran tərəfi bu raket hücumunda dörd Mossad əməkdaşının öldüyünü bildirir.

Xəbəri paylaş

VİDEOLAR