ABŞ İranın Qüds güclərinə yardım edənlərin aktivlərini dondurdu

ABŞ İranın Qüds güclərinə yardım edənlərin aktivlərini dondurdu

Sanksiyalar adı qara siyahıya alınanların ABŞ-dakı hər bir aktivini dondurur

ABŞ Maliyyə Nazirliyi avqustun 13-də İran İslam İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinə neft qaçaqmalçılığında yardım etdiyi iddia edilən şəxsə və şirkətlərə qarşı sanksiyalar tətbiq etdiyini bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki, Voa-nın məlumatına görə, nazirliyin Xarici Aktivlərə Nəzarət Bürosu Oman əsilli Mahmud Rəşid Əmur Əl-Həbsi və ikisi Omanda, biri Liberiyada, biri də Rumıniyada yerləşən şəbəkəni hədəf alıb.

Sanksiyalar adı qara siyahıya alınanların ABŞ-dakı hər bir aktivini dondurur və ümumiyyətlə amerikalıların onlarla əlaqəsini qadağan edir.

Xəbəri paylaş

VİDEOLAR