ABŞ İranın 6 milyard dollarlıq aktivlərini blokdan çıxarıb.
Az.rasthaber.com xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Farzin X (Tvitter) sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, İran həmin məbləği məhbus mübadiləsi razılaşmasına əsasən ala bilib:
"Uğurlu diplomatik fəaliyyət sayəsində İranın Cənubi Koreyada əvvəllər bloklanmış bütün aktivləri artıq açılıb. Yaxın vaxtlarda bu vəsaitlər vondan avroya çevrilərək Qətərdəki 6 İran bankının hesabına köçürüləcək. Bu vəsait sanksiyalara məruz qalmayan malların alınmasına yönəldiləcək".