ABŞ İrana qarşı sanksiyaları ləğv etməlidir - BMT

ABŞ İrana qarşı sanksiyaları ləğv etməlidir - BMT

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrasına dair 13-cü hesabatında ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaların ləğv edilməli olduğunu vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, iyunun 30-da BMT Təhlükəsizlik Şurasında keçirilməsi planlaşdırılan iclasda Antonio Quterreşin hazırladığı yekun hesabat müzakirə olunacaq.

ABŞ administrasiyası 2015-ci ildə BMT TŞ-nin daimi üzvləri olan İran və Almaniya arasında imzalanan nüvə sazişindən 2018-ci ildə birtərəfli qaydada çıxıb. 2018-ci ilin avqust ayından etibarən Vaşinqton İrana qarşı “tarixin ən ağır sanksiyalarını” tətbiq etməyə başlayıb.

Xəbəri paylaş

VİDEOLAR