ABŞ İrana qarşı hücuma cürət edə bilməz

ABŞ İrana qarşı hücuma cürət edə bilməz

"İran İslam Respublikası bir fövqəlgücdür və Amerika və ondan böyüyü də heç bir qələt edə bilməzlər"

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı briqada generalı pasdar Əmir Əli Hacızadə deyib.

General dünən gecə İranın 2-ci telekanalı ilə müsahibəsində deyib ki, İranın kosmos texnologiyası heç bir ölkənin İranı hədələmək cürətinə malik olmayacağı bir tərzdə inkişaf edir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı İranın İraqdakı amerikan "Əynuləsəd" bazasına qarşı hücumuna işarə edərək deyib: "İran bu bazanı hədəfə aldığı gün, güman edirdi ki, amerikalılar cavab verəcəklər, amma onlar bir iş görməyə cürət etmədilər."

General Əmir Əli Hacızadə Nur peykinin kosmosa göndərilməsi barədə də danışıb.

O İran kosmosda iştirak etmədən hərbi və mülki sahələrdə bir çox imkanlardan məhrum olacaq, amma hazırda dəqiq işləyən və hər 90 dəqiqədən bir, yer ətrafında fırlanan Nur peykinin kosmosa göndərilməsi ilə İranın bir çox müdafiə ehtiyacının təmin edildiyini önə çəkib.

"Kosmik bacarığa çatan bir ölkə fövqəlgüclər sırasında durur və amerikalıların fəryad etmələri göstərir ki, İran İslam Respublikasının planı baş tutub", -deyə general əlavə edib.

 

Xəbəri paylaş

VİDEOLAR