ABŞ-ın hazırkı administrasiyasının Ukrayna ətrafında hərəkətləri səbəbindən dünya müharibəsi başlaya bilər.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.
Eyni zamanda Tramp qeyd edib ki, əgər o, dövlət başçısı olaraq qalsaydı, o zaman Ukrayna ətrafında indiki vəziyyət də olmayacaqdı.
Bundan əlavə, Tramp vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynaya 16 milyard dollardan əlavə daha 40 milyard dollar ayırırlar. Keçmiş prezident əlavə edib ki, Avropa ABŞ-ın ayırdığı vəsaitin yalnız kiçik bir hissəsinə kömək edir.
Bir müddət öncə Tramp bildirib ki, 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumunu araşdıran Nümayəndələr Palatasının Xüsusi Komitəsi onun 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirakına mane olur.