ABŞ-ın Suriyadan növbəti neft oğurluğu

ABŞ-ın Suriyadan növbəti neft oğurluğu

Amerika qüvvələri oğurlanmış Suriya nefti ilə yüklənmiş 43 tankeri Həsəkənin çölündən İraq ərazisinə daşıyıb.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ qüvvələrinin Əl-Cəzirə bölgəsində işğal etdiyi neft yataqlarından oğurladığı Suriya neftini daşıyan 43 tanker və yük maşınından ibarət karvanı qeyri-qanuni Əl-Mahmudiyə keçidindən Şimali İraqa apardığı bildirilib.

Suriya Demokratik Qüvvələrinin (SDQ) köməyi ilə Həsəkə və Deyr əz-Zor əyalətlərində qeyri-sabit neft və qaz yataqlarına nəzarəti ələ keçirən Amerika qüvvələri mütəmadi olaraq Suriyadan qaçaqmalçılıq yolu ilə yanacaq və taxıl daşıyır.

Ötən il Vaşinqtonun Suriyadan İraqdakı bazalarına daşımaq üçün yüzlərlə yanacaq daşıyan tankerləri qarət etdiyi qeyd edilib.

Suriyadan qaçaqmalçılıq yolu ilə aparılan neftin ümumi həcminin 110 milyard dollara yaxınlaşdığı bildirilir.

Xəbəri paylaş

VİDEOLAR