ABŞ-ın Suriyadakı bazasına raket hücumu edilib

ABŞ-ın Suriyadakı bazasına raket hücumu edilib

Suriyanın Deyr əz-Zor əyalətindəki “Koniko” qaz yatağındakı bazaya raketlərlə hücum edilib.

Az.rasthaber.com xəbər verir ki, Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki “Koniko” qaz yatağı yaxınlığında partlayış səslərinin eşidildiyi açıqlanıb.

Qətərdə yerləşən Əl Ərəbi kanalı öz mənbələrinə istinadən xəbər verir ki, bu partlayışlar ABŞ-ın “Koniko” qaz yatağındakı bazasına raket hücumları nəticəsində baş verib.

Bu hücumlarda ABŞ bazası 9 raketlə hədəfə alınıb. Bəzi mənbələr raketlərin sayını 8 olaraq bildirir.

Xəbəri paylaş

VİDEOLAR