Suriyanın Deyr əz-Zor şəhərində işğalçı ABŞ qüvvələrinin yerləşdiyi Koniko qaz obyektinə PUA hücumu həyata keçirilib.
Az.rasthaber.com xəbər verir ki, PUA təyin olunmuş hədəfi dəqiqliklə vurub və işğalçı qüvvələrin Deyr əz-Zor şəhərindəki bazası ətrafında güclü partlayış səsi eşidilib.
Suriyada ABŞ qüvvələrinə məxsus 28 mərkəz var ki, onlardan 24-ü bazadır. Əsasən neft və təbii qaz quyularının yerləşdiyi ərazilərdə yerləşən ABŞ bazaları sionistlərin Fələstin xalqına qarşı həyata keçirdikləri soyqırımı səbəbindən müqavimət qüvvələrinin hədəfi olmaqda davam edir.