ABŞ-ın Suriyada varlığı qanunsuzdur

ABŞ-ın Suriyada varlığı qanunsuzdur

Rusiya xarici işlər nazirinin müavini Birləşmiş Ştatları Suriyanı parçalamağa cəhd etməkdə günahlandırıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Birləşmiş Ştatları Suriyanı parçalamağa cəhd etməkdə günahlandırıb.

"ABŞ-ın Suriyanın bölünməsi üçün bir ssenariyə malik olduğuna inanıram. Biz buna qarşıyıq və Suriyanın ərazi bütövlüyünü vurğulayan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə çalışırıq.", -deyə Ryabkov bildirib.

O, ABŞ -ın planında Suriyanın bölünməsi üçün bir ssenarinin olduğunu ifadə edərək, Rusiyanın buna qarşı olduğunu vurğulyıb.

"Xatırlatmaq istərdim ki, qeyri -sabitliyin və Suriyada münaqişənin davam etməsinin əsas səbəblərindən biri ABŞ -ın ölkədə qanunsuz mövcudluğudur", deyə o qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri Suriyanın ərazibütövlüyü və vahidliyinə təkidlə yanaşır.

Xəbəri paylaş

VİDEOLAR