ABŞ-ın Suriyada "neft oğurluğu" davam edir

ABŞ-ın Suriyada

Bu gün Suriyada olan ABŞ qüvvələri oğurlanmış Suriya nefti ilə yüklənmiş 24 tankeri İraqdakı bazalarına aparıblar.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə Suriyanın Dövlət Xəbər Agentliyi SANA yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, “oğurlanmış neftlə dolu 24 tanker ABŞ zirehli maşınlarının müşayiəti ilə Həsəkənin uzaq şərqində əl-Yərubiya bölgəsindəki qeyri-qanuni əl-Vəlid keçidindən keçməklə Şimali İraqa gedib.”

Suriyanın Neft və Təbii Ehtiyatlar Nazirliyi ötən fevral ayında “Suriyada müharibə başlayandan indiyədək neft sektorunda ümumi birbaşa və dolayı ziyanların təxminən 100,5 milyard dollar təşkil etdiyini” açıqlamışdı.

Əlavə edilib ki, “keçən il ərzində neft hasilatı təqribən 31,4 milyon barel təşkil edib, orta gündəlik hasilat 85,9 min barrel olub ki, bunun da sutkada 16 min barreli neftayırma zavodlarına çatır”.

Nazirlik, ABŞ qüvvələrinin Fəratın şərq bölgəsində işğal olunmuş yataqlardan gündə 70 min barelə qədər neft oğurladığını qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR