ABŞ-ın Səudiyyəyə dəstəyini dayandırmasından sonra vəhabi krallıqdan ilk açıqlama

ABŞ-ın Səudiyyəyə dəstəyini dayandırmasından sonra vəhabi krallıqdan ilk açıqlama

ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına Yəməndəki müharibədə dəstəyi dayandırması barədə bəyanatından sonra rəsmi Ər-Riyaddan ilk açıqlama gəlib.

Rasthaber Azərbaycan “Anadolu”ya istinadla xəbər verir ki, krallıq rəhbərliyi Yəmən böhranının sülh yolu ilə həllində maraqlı olduğunu və “ABŞ-ın Səudiyyə Ərəbistanına onun suverenliyi və ərazi bütövlüyü məsələlərində dəstəyin davam etdirilməsi” qərarından məmnunluğunu ifadə edib.

Ər-Riyadın müharibənin dayandırılması üçün Bayden administrasiyası, ABŞ-ın bu günlərdə təyin edilən Yəməndəki xüsusi təmsilçisi Tim Lenderkinq, BMT, bütün Yəmən partiyaları və koalisiyə qüvvələri ilə əməkdaşlığa hazır olduğu vurğulanıb.

Xatırladaq ki, fevralın 4-də çıxış edən ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanına Yəməndəki müharibədə bütün hərbi dəstəyə, o cümlədən silah satışına xitam verildiyini bəyan etmişdi.

Xəbəri paylaş

VİDEOLAR