İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani ABŞ-ın iddiaları ilə bağlı BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) məktub göndərib.
Az.rasthaber.com xəbər verir ki, məktubda bu ifadələrə yer verilib:
"ABŞ nümayəndəsinin BMT-yə göndərdiyi məktubda İrana bağlı qrupların İraq və Suriyadakı Amerika obyektlərinə qarşı fəaliyyətlər həyata keçirdiyi iddia edilir. Biz İran İslam Respublikası olaraq bu cür əsassız iddiaları qəti şəkildə rədd edirik.
İran İslam Respublikası regionda heç bir şəxsin və ya qrupun hərəkətlərinə görə məsuliyyət daşımır.
ABŞ-ın Suriya və İraqda həyata keçirdiyi hərəkətlər qeyri-qanunidir və beynəlxalq hüququ və BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini pozur. Ona görə də BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən ABŞ-ın təqdim etdiyi məktubun hüquqi əsası yoxdur və ABŞ-ın hərəkətlərini qanuniləşdirə bilməz”.