ABŞ-ın sanksiyaları İran xalqının koronavirusla mübarizəsinə mane olur

ABŞ-ın sanksiyaları İran xalqının koronavirusla mübarizəsinə mane olur

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi dünən gecə tvitter-də Amerikanın İrana qarşı birtərəfli sanksiyalarını Tehranın koronavirusla mübarizə üzrə səylərinə bir maneə adlandırıb

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məcid Təxte Rəvançi bildirib ki, beynəlxalq böhranların əsl beynəlxalq səylərə ehtiyacı var.

"İranın xalqı və dövləti koronavirusla mübarizə üçün böyük səy göstərirlər, amma Amerikanın sanksiyaları onların səylərinə mane olur. Buna görə də, ABŞ humanitar yardımları siyasiləşdirməkdən əl çəksin və sanksiyaları aradan götürsün.", -deyə  Məcid Təxte Rəvançi əlavə edib.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də cümə axşamı günü surətləri beynəlxalq təşkilatlara və bütün ölkələrin xarici işlər nazirlərinə göndərilən BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda koronavirusla mübarizədə Amerikanın İrana qarşı birtərəfli sanksiyalarının aradan götürülməsi vacibliyini vurğulamışdı.

Xəbəri paylaş

VİDEOLAR