Çin rəsmisi ABŞ-ın beynəlxalq müqavilələri və öhdəlikləri pozmaqla bağlı acınacaqlı bir keçmişə sahib olduğunu bildirib.
Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü çərşənbə axşamı jurnalistlərə Çin, region və dünyada baş verən son hadisələr, o cümlədən ABŞ-ın beynəlxalq öhdəliklərinə əməl etməməsi barədə danışıb və ABŞ-ı beynəlxalq müqavilə və öhdəlikləri pozmaqda ittiham edib.
Çin Xarici İşlər Nazirliyinin saytının məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin müxbirin sualını cavablandırarkən deyib:
"Birləşmiş Ştatlar hər il silahlara nəzarət və tərksilah sazişi, nüvə silahlarının yayılmaması və digər öhdəliklərinə sözdə "sadiq" olması barədə hesabat verir. Bu ölkə özünü digər ölkələrin silahlara nəzarət və tərkisilah sahəsindəki fəaliyyətini tənqid edərək özünü hakim, lider kimi təqdim edir”.
Çinli diplomat əlavə edib ki, ABŞ-ın özünə tərif yağdırması və qanunsuz fəaliyyətlərini ört-basdır etməyə çalışması gülüncdür!