"ABŞ-ın müdafiə büdcəsini İranofobiya hesab edirik"

Tehran ABŞ-ın müdafiə büdcəsini İranofobiya hesab edir və bu İranın təhlükəsizliyinə təhdid yaradır.

Az.rasthaber.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden 2023-cü maliyyə ili üçün 850 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.

“Bu layihənin anti-İran məzmunu ABŞ-ın İran İslam Respublikasına qarşı düşmən, təxribatçı və müdaxiləçi niyyətlərinin və siyasətlərinin davamlılığını göstərir. Həmçinin İranofobiyanı yaymaq və İranın təhlükəsizliyini təhdid etmək cəhdlərini əks etdirir”, – deyə Kənani bildirib.

Xatırladaq ki, ötən ay Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, bu sanksiyalarla Avropa İttifaqı Tehrandakı İran rejiminə yeni, birmənalı mesaj göndərir:

“İnsan haqları parçalanmazdır. İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının güc dairəsinə və onun maliyyələşməsinə təsir edən növbəti sanksiyalar paketini yenicə qəbul etdik. İndi 16 dövlətlə birgə İranda baş verən cinayətləri BMT İnsan Haqları Şurasının gündəliyinə salmağı bacardıq. Nə Tehranda, nə Məşhəddə, nə də İsfahanda heç kim törədəcəyi cinayətlərin cavabsız qalacağını düşünməməlidir. Avropa və dünya baş verənləri izləyir, biz izləməyə davam edəcəyik və daha çox sanksiya siyahısı hazırlayacağıq”, – deyə Annalena Berbok bildirib.

Xəbəri paylaş

VİDEOLAR