Bu barədə həyatını itirən Ümid Xakpərəstin ailə üzvləri məlumat veriblər.
Rastahber Azərbaycan CNN-a istinadən xəbər verir ki, Kabildə ABŞ-ın hava zərbəsi endirdiyi yerdən 2 yaşlı qızın qalıqları aşkar edilib.
Beləliklə də, ABŞ-ın məlum hücumu zamanı dünyasını dəyişənlərin sayı 10-a çatıb.
Bu barədə həyatını itirən Ümid Xakpərəstin ailə üzvləri məlumat veriblər.
Məlikə adlı kiçik qız hava zərbəsi endirilən andan axtarılırdı. Ailə üzvləri onun axtarışı üçün bir neçə xəstətxanaya getsələr də, sonra zərbə endirilən yerdən uşağın qalıqları aşkar edilib.
Xatırladaq ki, ABŞ sözügedən zərbəni 29 avqustda endirib və nəticədə də 7 uşaq və qadınlar da daxil olmaqla, bir ailəni tam şəkildə qətlə yetirib.