"Məskunlaşmaların davam etməsi axmaqlıqdır".
Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Təl-Əvivdəki səfiri Tomas Nides deyib.
T.Nides, İsrailin Şərqi Qüds və İordan çayının qərb sahilində məskunlaşma prosesini davam etdirməsini tənqid edərək, bunu “axmaqlıq” kimi qiymətləndirib.
Ötən gün İsrailin “Yeddinci Kanalı” Tomas Nidesə istinad edərək, bildirib ki, səfir (işğal edilmiş ərazilərdə) yaşayış massivlərinin salınmasından narahat olub, xüsusilə də “E1” və ya “Maale Adumim” adlanan ərazilərdə məskunlaşmanın qarşısını almağa çağırıb.
Qeyd edək ki, İsrail son zamanlarda (işğal altında olan) İordan çayının Qərb sahilində və Qüdsün şərqində yəhudi yaşayış massivlərinin tikintisini artırıb. Fələstin tərəfi, eləcə də Avropa İttifaqı və sair beynəlxalq tərəflər massivlərin salınmasını bölgədə sülhü təmin etmək üçün ən ciddi mane kimi qiymətləndirirlər.
Əlavə edək ki, bölgə 1967-ci ildə İsrail tərəfindən işğal edilib.