ABŞ-ın İraqdakı hərbi bazasından sirena səsləri eşidilib

ABŞ-ın İraqdakı hərbi bazasından sirena səsləri eşidilib

İraq xəbər mənbələri Bağdad hava limanı yaxınlığındakı ABŞ bazasından sirena səsinin eşidildiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, ötən aylarda ABŞ-ın Bağdaddakı səfirliyi və onun İraqdakı bazaları müxtəlif səbəblərdən dəfələrlə sirenlər çalıb, lakin bunun səbəbləri hələ də ABŞ rəsmiləri tərəfindən mediaya açıqlanmayıb.

İSNA xəbər agentliyinin məlumatına görə, İraq mənbələri sirena səslərinin, Bağdad hava limanı yaxınlığındakı, ABŞ-ın “Viktoriya” bazasından eşidildiyini bildirib.

Sirena səsi ilə bağlı təfərrüatlar hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, ABŞ-ın Bağdaddakı səfirliyi 2020-ci ilin əvvəlindən dəfələrlə raketlərlə hədəfə alınıb.

Xəbəri paylaş

VİDEOLAR