ABŞ-ın İraqdakı hərbi bazasına YENİ HÜCUM

ABŞ-ın İraqdakı hərbi bazasına YENİ HÜCUM

Bildirilib ki, İraqda ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd Hərbi Bazasına raket hücumu həyata keçirilib.

Az.rasthaber.com xəbər verir ki, İraqın Ənbar vilayətində ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd Hərbi Bazasına raketlərlə hücum edilib.

Rûdaw-a danışan hərbi mənbələr səhər saat 01:30 radələrində Ayn əl-Əsəd Hərbi Bazasına raket hücumu edildiyini və baza bölgəsində partlayış səsinin eşidildiyini bildirib.

Hücum nəticəsində insan tələfatı və maddi ziyanla bağlı məlumat verilməyib.

Sionist İsrailin Qəzzaya hücumlarından sonra İraq və Suriyada ABŞ hərbçilərinin yerləşdiyi bazalara hücumlar artmağa başlayıb.

Qeyd edək ki, ABŞ-ın İraqda 2500, Suriyada isə 900 əsgəri var.

Xəbəri paylaş

VİDEOLAR