İraqın Ərbil şəhərində ABŞ-nın hərbi bazasının yerləşdiyi hava limanına raket hücumu təşkil edilib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, ABŞ-ın rəhbərliyi ilə İŞİD terror təşkilatına qarşı mübarizə məqsədiylə yaradılan koalisiya qüvvələrindən yayılan məlumata görə Ərbil hava limanına edilən hücum nəticəsində bir mülki podratçı həyatını itirib, 5 müqaviləli personal və bir ABŞ əsgəri yaralanıb.
İraq Baş naziri Mustafa əl-Kazimi Ərbil hava limanına təşkil edilən raket hücumu ilə əlaqəli istintaq aparılması barədə təlimat verib.
İraq Kürd Regional Rəhbərliyinin Baş Naziri Masrour Bərzani də raket hücumunu kəskin dillə qınayıb və təhlükəsizlik qüvvələrindən hadisənin araşdırılmasını istəyib.
Hadisə ilə bağlı istintaq davam edərkən, ABŞ Dövlət Katibi Antony Blinken İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Məsrur Bərzani ilə danışıb və terrora qarşı dəstək mesajı verib.
ABŞ təhlükəsizlik mənbələrindən yayılan məlumata görə dünən gecə Ərbil hava limanına təşkil edilən hücumda 14 roket istifadə edilib. Raketlərdən 10-u Amerika əsgərlərinin qaldığı kampusun xaricinə, 4-ü isə kampusa düşdü.