ABŞ-ın İraq və Suriyadakı bazalarına hücum edilib

ABŞ-ın İraq və Suriyadakı bazalarına hücum edilib

İraq İslami Müqaviməti İraq və Suriyadakı 3 ABŞ bazasına hücuma keçdiklərini açıqlayıb.

Az.rasthaber.org xəbər verir ki, İraq mənbələri Şimali İraqdakı Ərbil hava limanı yaxınlığında ABŞ əsgərlərinin hədəf alındığını bildirib.

İraq İslami Müqaviməti məsələ ilə bağlı verdiyi açıqlamada ABŞ-ın Suriyanın şimal-şərqindəki Harab əl-Cir bazasını, şərqdəki Koniko neft yatağı bazasını, eləcə də ABŞ qüvvələrinin yaxınlıqda yerləşdiyi bazanı PUA-larla hədəf aldıqlarını açıqlayıb.

İraq İslami Müqaviməti bundan əvvəl Fələstin xalqına dəstək və Amerikanın onlara qarşı qətl və cinayətlərdə iştirakına görə Vaşinqtonun bölgədəki bazalarına hücumlarını gücləndirəcəyini açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR