Johnson & Johnson-un tətbiqinin dayandırılmasının vaksinasiya ilə bağlı tərəddüd edənləri qorxudacağı gözlənilir.
Rastahber Azərbaycan VOA-ya istinadən xəbər verir ki, koronavirusa qarşı Johnson & Johnson peyvəndi vurulduqdan sonra 6 nəfərdə nadir qan laxtalanmasının əmələ gəlməsi ABŞ-ın bir neçə ştatında bu peyvəndin tətbiqinin müvəqqəti olaraq dayandırılmasına səbəb olub.
Bu arada, bir neçə ölkə AstraZeneca peyvəndlərinin qan laxtalanmasına səbəb olduğu barədə xəbərdarlıqlardan sonra bu peyvəndin də tətbiqini dayandırıb.
ABŞ-ın federal səhiyyə agentlikləri çərşənbə axşamı Johnson & Johnson peyvəndi vurulan 6 qadında iki həftə ərzində nadir qan laxtalanması əmələ gəldiyini bildirib və peyvəndin tətrbiqinin dayandırılmasına çağırıb. Mütəxəssislər laxtalanmanın beyndə müşahidə edildiyini və bir qadının öldüyünü bildirib.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin bildirdiyinə görə, ABŞ-da təxminən 7 milyon insana Johnson & Johnson peyvəndi tətbiq edilib və risk bir milyonda bir haldan az deməkdir. Ağ Ev peyvəndin tətbiqinin dayandırıldığını və bunun peyvəndin tətbiqinə əhəmiyyətli dərəcədə təsir etməyəcəyini deyir Ağ Evin COVID-19-la Mübarizə Qrupunun koordinatoru Cef Ziyents: "Johnson & Johnson ABŞ-da bu günə qədər peyvənd vurulan 190 milyin insana tətbiq edilən peyvəndlərin 5 faizdən azını təşkil edir."
Bayden administrasiyası ABŞ-ın 300 milyon əhalisinin kifayət qədər Pfizer və Moderna peyvəndi ilə təmin edildiyini və gündə 3 milyondan çox insanın peyvənd alacağını deyir.
Johnson & Johnson-un tətbiqinin dayandırılmasının vaksinasiya ilə bağlı tərəddüd edənləri qorxudacağı gözlənilir.