ABŞ illik hesabatında Azərbaycanı hədəfə aldı

ABŞ illik hesabatında Azərbaycanı hədəfə aldı

ABŞ Dövlət Departamenti çərşənbə axşamı 2020-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb.

Rasthaber Azərbaycan Amerikanınsəsinə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonda Dövlət Departamentində hesabatla bağlı çıxış edib və müxbirlərin suallarını cavablandırıb. ABŞ Dövlət Departamenti çərşənbə axşamı 2020-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb. Dövlət katibi Entoni Blinken Vaşinqtonda Dövlət Departamentində hesabatla bağlı çıxış edib və müxbirlərin suallarını cavablandırıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə ciddi insan haqları pozuntularının olduğu iddia edilir. Bu pozuntular arasında qanunsuz və ya özbşına həbslər, işgəncə, siyasi məhbuslar, həbsxanalarda sərt və bəzi hallarda həyata təhlükə yaradan şərait, siyasi məhbuslar, özəl həyata müdaxilə, ölkə xaricində şəxslərə qarşı siyasi motivli repressiyalar yer alıb.

Bundan əlavə, hesabatda Azərbaycanda məhkəmələrin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlərin olduğu, ifadə, mətbuat və internet azadlığına ciddi məhdudiyyətlərin qoyulduğu, jurnalistlərə qarşı zorakılıqların tətbiq edildiyi, böhtan və iftiranın kriminallaşdırıldığı qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR