ABŞ ilin sonuna qədər hərbi missiyasını İraqda dayandıracaq

ABŞ ilin sonuna qədər hərbi missiyasını İraqda dayandıracaq

ABŞ İraq ərazisindəki döyüş missiyasının 2021-ci ilin sonuna qədər tamamlanacağını deyib.

Rasthaber Azərbaycan Trend-ə istinadlı məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden İraq Baş naziri Mustafa əl-Kazimi ilə görüşü zamanı deyib.

C.Bayden qeyd edib: "İlin sonuna qədər artıq İraqda döyüş missiyasını yerinə yetirməyəcəyik".

Onun sözlərinə görə, ABŞ-ın İraqdakı rolu İŞİD-lə mübarizədə hazırlıqlara, kömək etməyə davam etməkdən ibarət olacaq".

Tərəflər Ağ Evdəki danışıqlar zamanı müvafiq qərara gəliblər.

Xəbəri paylaş

VİDEOLAR