ABŞ İdlibə aviazərbələr endirib, Əlqaidənin sabiq komandiri ölüb

ABŞ İdlibə aviazərbələr endirib, Əlqaidənin sabiq komandiri ölüb

ABŞ Ordusuna məxsus PUA-lar Suriyanın şimalına hava zərbələri endirib. Əlqaidənin sabiq komandiri ölüb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ötən gecə ABŞ-a məxsus PUA və ya PUA-lar İdlib əyalətinin Binniş bölgəsində hərəkətdə olan bir nəqliyyat vasitəsini hədəfə alıb.

Bu hava zərbəsi nəticəsində iki nəfər ölüb.

Daha sonra ölən şəxsin Əlqaidənin sabiq komandiri və hazırda Suriyanın şimalında olan “Hurrasuddin” qruplaşmasının liderlərindən olan Əbu-Həmzə əl-Yəməninin olduğu bəlli edilib.

“Hurrasuddin” qruplaşmasının mənbələrinin məlumatına görə Əbu-Həmzə əl-Yəməninin olduğu nəqliyyat vasitəsi Binniş yolunda PUA-lar tərəfindən hədəfə alınıb. Məlumata görə ölən digər şəxs Əbul-Bərra Tunisi adlı şəxsdir.

Xəbəri paylaş

VİDEOLAR