ABŞ: Husilərin Aralıq dənizinə çatan silahları var

ABŞ: Husilərin Aralıq dənizinə çatan silahları var

Amerika rəsmisi deyib ki, ABŞ hökuməti yəmənlilərin qabaqcıl raket imkanlarından narahatdır.

Az.rasthaber.com xəbər verir ki, Pentaqon rəsmisi Bloomberg xəbər agentliyinə bildirib ki, ABŞ hökuməti yəmənlilərin Qırmızı dəniz və Ədən körfəzi xaricindəki gəmilərə hücum məsafəsini Aralıq dənizinə qədər genişləndirmək imkanlarından narahatdır.

Kimliyini açıqlamayan rəsmi əlavə edib ki, Ənsarullah Hərəkatı qabaqcıl silahlara malikdir və misli görünməmiş sayda ballistik raketlər yerləşdirib və həmçinin hücumlarında pilotsuz uçuş aparatlarından istifadə edir.

ABŞ və Körfəz Əməkdaşlıq Şurasının hərbi rəsmiləri çərşənbə günü Ər-Riyadda görüşüblər. Bloomberg-in məlumatına görə, bu görüşdə regionun hava və raketdən müdafiə sistemlərinin inteqrasiyası və erkən xəbərdarlıq sisteminin işə salınması hədəflənib.

Yəmən rəsmilərinin bu ayın əvvəlində Aralıq dənizinə hücumlarını genişləndirəcəkləri barədə xəbərdarlıq etməsindən sonra ABŞ Müdafiə Nazirliyinin Yəmənin raket qabiliyyəti ilə bağlı narahatlığı açıqlanıb.

Yəmənlilər 2023-cü ilin noyabr ayından etibarən Eylat limanına gedən gəmilərə, İsrail gəmilərinə və Qırmızı dənizdə və Ədən körfəzində Amerika-Britaniya koalisiyasına aid gəmilərə qarşı 90-dan çox raket və pilotsuz təyyarə hücumu həyata keçirib.

Xəbəri paylaş

VİDEOLAR