ABŞ-ın ordu qüvvələrini daşıyan 20 yük maşınından ibarət bir karvan İraqdan Suriyaya keçib
Suriyanın rəsmi mənbələri hərbi texnika və silah-sursat, həmçinin ABŞ-ın ordu qüvvələrini daşıyan 20 yük maşınından ibarət bir karvanın İraq sərhədindəki qanunsuz Əl-Vəlid keçidindən Suriya torpağına daxil olduğunu bildiriblər.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, bu karvan Suriya sərhədindən Əl-Ramilan bölgəsinə və oradan Əl-Qəhtaniyyə-Əl-Qamışlı marşurutu vasitəsilə Suriyanın şimal-şərqində və Türkiyə sərhədində yerləşən Əl-Qamışlı şəhərinə doğru yola düşüb.
Bu hərəkətdən məqsədin, Həsəkənin yaxınlığında yerləşən qanunsuz bazadakı ABŞ qüvvələrini gücləndirmək olduğu bildirilib.
Bu xəbər, SANA-nın ABŞ-ın işğalçı qüvvələri tərəfindən Suriya quyularından oğurlanan neftin yeni bir partiyasının İraqa göndərilməsi xəbərini verdikdən bir neçə saat sonra yayılıb.