Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü Vaşinqtonun hərəkatla əlaqəli olduğuna inandığı bir neçə şəxs və şirkətə qarşı sanksiyalarına reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi çərşənbə axşamı günü elan edib ki, HƏMAS-a bağlılıq bəhanəsi ilə çoxlu sayda şəxs və şirkətlər sanksiya siyahısına salıb.
HƏMAS-ın sözçüsü Hazim Qasim bildirib ki, ABŞ-ın HƏMAS ilə əlaqəsi olduğu iddiası ilə sanksiya tətbiq etdiyi şəxslər və şirkətlərin hərəkatla heç bir əlaqəsi yoxdur.
Həmas sözçüsü deyib ki, ABŞ-ın bu addımı Vaşinqtonun Fələstin xalqına qarşı təcavüzdə iştirakı, Fələstin xalqına təzyiq göstərməsi, mühasirəni qanuniləşdirməsi və fələstinli jurnalist Şirin Əbu Aqilənin qətlindən sonra “işğalçının yerlərdə sürünən imicini” xilas etməyə çalışması ilə bağlıdır.
Qeyd edək ki, ABŞ-ın sanksiya tətbiq etdiyi 4 nəfər Fələstin, İordaniya və Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Sanksiyaya məruz qalan şirkətlər BƏƏ, Səudiyyə Ərəbistanı və Sudanda da yerləşir.