"ABŞ heç vaxt İran xalqına qarşı xoşniyyətli olmayıb"

“ABŞ İrana təzyiq göstərmək üçün hər bir fürsətdən istifadə edir”.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu addım Amerika hökumətinin İran xalqına qarşı xoşniyyətli olmamasının daha bir göstəricisidir:

“ABŞ-ın hazırkı hökuməti iddia etdiyinin əksinə olaraq hər bir imkandan İran xalqına qarşı əsassız ittiham və təzyiqdən istifadə edir".

O bildirib ki, ABŞ bir tərəfdən iddia edir ki, hərtərəfli Birgə Fəaliyyət Planının öhdəliklərini tam icra etməyə hazırdır, digər tərəfdən BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsini pozur.

Xəbəri paylaş

VİDEOLAR