ABŞ generalından İran etirafı

ABŞ generalından İran etirafı

Qərbi Asiyada yerləşən ABŞ silahlı qüvvələri CENTCOM-un komandanı etiraf edib ki, İranın raket və PUA texnologiyası diqqətəlayiq irəliləyişə malik olub

Rasthaber Azərbaycan xəbərinə görə, Kennet Makkenzi bildirib ki, Tehranın ballistik raketlər sahəsindəki təhdidi nəzərəçarpacaq olaraq, kəmiyyət cəhətdən də inkişaf edib.

Bu yüksək rütbəli amerikalı komandanın İranın PUA qüdrətini etiraf etməsi bir daha göstərdi ki, Qərb medialarının Amerikanın sabiq prezidenti Donald Trampın dövründən maksimum təzyiq siyasətinin icrası nəticəsində İranın zəifləməsi barədəki geniş təbliğatlarına rəğmən, Tehran hərbi sahədə yerli mütəxəssislərə və daxili imkan və bacarıqlara söykənməklə böyük bir PUA qüvvəsi yarada bilib.

Bu qüvvə Amerikanın Qərbi Asiya bölgəsindəki aviasiya üstünlüyünü problemlə üzləşdirməyə qadirdir.

Xəbəri paylaş

VİDEOLAR