ABŞ generalı İran raketlərinin uçuş məsafəsi və dəqiqliyi barədə

ABŞ generalı İran raketlərinin uçuş məsafəsi və dəqiqliyi barədə

ABŞ Mərkəzi Komandanlığının komandanı general Kennet Makkenzi deyib ki, İran müxtəlif tipli 3000 ballistik raketə malikdir və onların bir hissəsi İsrailin mərkəzində yerləşən Təl-Əviv şəhərinə çata bilər.

Azrasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi bunu Senatın Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı deyib.

Vəzifə səlahiyyətləri bu günlərdə başa çatmaqda olan amerikalı general İran raketlərinin Avropaya çata bilməyəcəyini deyərək, qeyd edib ki, İran son 5-7 ildə raketlərin uçuş məsafəsini və dəqiqliyini artırmaq üçün öz raket arsenalı proqramına çoxlu vəsait və resurs yatırıb.

General Kennet Makkenzi deyib: “Biz bunu 2020-ci ilin yanvarında general Qasım Süleymaninin öldürülməsindən sonra İraqdakı Eyn əl-Əsəddəki Amerika bazasına edilən hücumda gördük, o zaman raketlər bir neçə on metr məsafə ilə dəqiqliklə atıldı..."

Makkenzi İranın ABŞ-ın maraqları və Yaxın Şərqin təhlükəsizliyi üçün ən böyük təhdid olaraq qaldığını bildirib və vurğulayıb ki, İranın ballistik imkanları regiondakı hər bir ölkənin, o cümlədən onların yaxın tərəfdaşlarının təhlükəsizliyinə təhlükə yaradır.

Makkenzi, İranın ballistik raketlərinin hücum kəsərinin və sayının onları çox narahat etdiyini bildirib.

General ABŞ Konqresinin üzvləri qarşısında İranın son vaxtlar Yəməndəki “Ənsarullah” hərəkatı vasitəsilə Səudiyyə Ərəbistanı və BƏƏ-yə qarşı hücumlarını ikiqat artırdığını vurğulayıb və İsrailin ABŞ Mərkəzi Komandanlığının məsuliyyəti çərçivəsinə daxil olmasını alqışlayıb.

O çıxşının bir hissəsində bildirib ki, İranın malik olduğu minlərlə ballistik raketlərdən bir qismi Təl-Əvivə çata bilər.

Xəbəri paylaş

VİDEOLAR