ABŞ Əfqanıstandakı hərbiçilərini 11 sentyabra qədər geri çəkəcək

ABŞ Əfqanıstandakı hərbiçilərini 11 sentyabra qədər geri çəkəcək

ABŞ hökuməti Əfqanıstandakı bütün əsgərlərinin 11 sentyabra qədər geri çağrılması planını təsdiq etdi.

Rasthaber trthaber-ə istinadən xəbər verir ki,  gərgin müzakirələrdən sonra prezident Co Bayden Əfqanıstandakı Amerika əsgərlərinin çəkilməsi və nəhayət, ABŞ-ın bu ölkədəki hərbi varlığının bitməsinə qərar verib.

  1 maya qədər nizamlı bir şəkildə çəkilmə prosesi başlayacaq və 11 sentyabradək (ABŞ-dakı Əl-Qaidə hücumlarının 20-ci ildönümünə qədər) isə ABŞ Əfqanıstandan bütün hərbçilərini geri çağırmağı planlaşdırır.

  Geri çəkilmə NATO ilə koordinasiyalı şəkildə icra ediləcək. NATO üzvləri də hərbçilərini bu zaman aralığında geri çəkməlidir.

  Amerikanın Əfqanıstanda yalnız diplomatik bina və nümayəndələrini qorumaq üçün müəyyən qədər təhlükəsizlik qüvvəsi qalacaq.

  ABŞ prezidentinin bu qərarı 14 apreldə açıqlayacağı gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR