ABŞ Əfqanıstanda mülki vətəndaşları hədəf aldı: Biri uşaq olmaqla 8 nəfər ölüb

ABŞ Əfqanıstanda mülki vətəndaşları hədəf aldı: Biri uşaq olmaqla 8 nəfər ölüb

Hücum ABŞ-ın sülh danışıqlarında irəliləyiş olduğunu deməsindən sonra baş verib.

Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ Ordusunun Əfqanıstanda həyata keçirdiyi hava hücumu zamanı hamısı mülki vətəndaş olan azı səkkiz nəfərin ölüb.

Hücum ABŞ-ın sülh danışıqlarında irəliləyiş olduğunu deməsindən sonra baş verib.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp cümə axşamı ABŞ-ın Əfqanıstandakı qoşunlarını azaltması ilə əlaqədar Talibanla razılığa gəlmək "ehtimalının yüksək" olduğunu deyib.

ABŞ dövlət katibi Mayk Pompeo son günlərdə Talibanla sülh danışıqlarında əhəmiyyətli irəliləyişin olduğunu, müdafiə naziri Mark Esper isə Talibanın bir həftə zorakılıqların azaldılması ilə bağlı təklifi qəbul etdiyini bildirmişdi.

Lakin cümə günü Nangarhar vilayətində mülki şəxslərin olduğu nəqliyyat vasitəsi havadan hücuma məruz qalıb. Yerli sakinlərin dediyinə görə, biri uşaq olmaqla, 8 nəfər ölüb.

Nangarhar vilayəti qubernatorunun nümayəndəsi hadisəni təsdiqləsə də, qurbanlar kimliyi barədə məlumat verməyib.

Taliban sözçüsü Zabihulla Mücahid hücum zamanı 11 mülki vətəndaşın ölməsini tənqid edib.

Xəbəri paylaş

VİDEOLAR