Əfqanıstan Müstəqil İnsan Haqları Komissiyası bu haqda açıqlama yayıb
Rasthaber Azərbaycan xəbər verir ki, Əfqanıstanın qərbindəki Heart vilayətinin Sindent bölgəsində ABŞ güclərinin həyata keçirdikləri hava hücumunda 6-sı qadın və uşaq olmaqla 10 mülki vətəndaş dünyasını dəyişib.
Əfqanıstan Müstəqil İnsan Haqları Komissiyası (AİHRC) tərəfindən açıqlanan hesabata görə, Sindent bölgəsində 8 yanvarda ABŞ rəhbərliyindəki NATO gücləri tərəfindən Taliban mövqelərinə qarşı həyata keçirilən hava hücumlarında 10 mülki vətəndaş dünyasını dəyişib, 5 mülki vətəndaş isə yaralanıb.
Hücum zamanı 3 uşaq və 3 qadının öldüyü, 1 uşağın isə yaralandığı önə çəkilir.