ABŞ etiraf etdi, Kürdüstan Muxtariyyəti hələ də inkar edir

ABŞ etiraf etdi, Kürdüstan Muxtariyyəti hələ də inkar edir

“Hədəfə alınan, ölkə daxilində tanınmış İraq-kürd investorunun iqamətgahı üçün bir mülki ərazi idi.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, cümə axşamı, Kürdüstan Regional Hökumətinin daxili işlər naziri Reber Əhməd Ərbili hədəf alan son raket zərbələri ilə bağlı yeni təfərrüatları açıqlayıb.

O, Bağdadda Parlamentdə Ərbildəki partlayışla bağlı istintaq komitəsinin iclasında çıxışı zamanı deyib ki, hədəfə alınan obyekt, ölkə daxilində tanınmış İraq-kürd investorunun iqamətgahı üçün bir mülki ərazi olub.

"Təəssüf ki, Ərbilə zərbə endirmək üçün istifadə edilən raketlər yalnız müharibə vəziyyətində istifadə olunan ağıllı sərhədlərarası döyüş raketləridir", deyə o əlavə edib.

Kürdüstan Regional Hökumətinin naziri hesab edib ki, partlayış İraqın suverenliyini və mehriban qonşuluq normalarını pozub.

Qeyd edək ki, ötən bazar İranın İslam İnqilabının Keşikçilər Korpusu 12 ədəd hədəfləri dəqiq vuran raketlə Ərbildə “Mossad mərkəzi"ni vurduğunu bildirib.

İki gün sonra ABŞ-ın New-York Times qəzeti öz mənbələrinə istinadla bu obyektin İsrail Kəşfiyyatının təlim mərkəzi olduğunu yazıb.

Xəbəri paylaş

VİDEOLAR