"ABŞ dünyaya nəzarət edə bilməyəcək"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dünyaya nəzarət edə bilməyəcəyini vurğulayıb.

Az.rasthaber.com "SANA"ya istinadən xəbər verir ki, NATO-nun Rusiya sərhədlərində olmasının bizim üçün təhlükə olduğuna, Ukraynanın NATO üçün platformaya çevrildiyinə diqqət çəkib.

Ukrayna ordusunun üzərinə götürdüyü öhdəlikləri pozaraq şərqdə varlığını gücləndirdiyini qeyd edən Lavrov, Rusiya hərbi əməliyyatının Donbass sakinlərini qorumaq və nasizmi kökündən silmək məqsədi daşıdığını, dinc əhalini deyil, hərbi infrastrukturu hədəf aldığını vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR