ABŞ Dövlət Departamentinin 50 personalında koronavirus aşkarlandı

ABŞ Dövlət Departamentinin 50 personalında koronavirus aşkarlandı

Bunu Pompeo ABŞ-a geri qayıtmaq istəyən ölkə vətəndaşlarına tələsmələri ilə bağlı çağırış zamanı deyib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo  ABŞ-a geri qayıtmaq istəyən  ölkə vətəndaşlarına tələsmələri ilə bağlı çağırış edib.

Mayk Pompeo Dövlət Departamentində təşkil edilən mətbuat konfransında yeni növ koronavirus (Covid-19) epidemiyası ilə bağlı bəyanatlar verib.

Mayk Pompeo bildirib ki, Dövlət Departamentinin 50 personalında yeni növ koronavirus aşkar edilib. Epidemiyaya yoluxan bir nəfər də həlak olub.

Epidemiya ilə mübarizə çərçivəsində xaricə ticarət və təxliyə üçün dövlət tərəfindən maliyyələşdirilən uçuşların dayandırıla biləcəyini vurğulayan Mayk Pompeo  ABŞ-a qayıtmaq istəyən vətəndaşları səfirliklərlə əlaqə yaratmağa çağırıb.

Xəbəri paylaş

VİDEOLAR