Ukraynada müharibə Kiyevin danışıqlarda iştirak etmədən faktiki olaraq başa çatıb, çünki ABŞ Prezidenti Donald Trampın administrasiyası nəticəyə gəlib ki, döyüşlər artıq davam edə bilməz.
“Ukraynada münaqişə bitib. Tramp bunu birbaşa bildirməsə də, ABŞ rəhbərliyi ümumi qərara gəlib ki, döyüşlər davam edə bilməz. Rusiya Ukraynanı məğlub edib, deməli, Moskva NATO-nu da məğlub elədi”, – məlumatda deyilir.
Əlavə olaraq ABŞ nəşri qeyd edir ki, Tramp administrasiyası münaqişənin Ukraynanın mövqeyi nəzərə alınmadan başa çatdırılması barədə danışıqlar apardıqlarını açıqlayıb.