ABŞ-dan Taliban'a mesaj: Qayıdın...

ABŞ-dan Taliban'a mesaj: Qayıdın...

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Əfqan İşləri üzrə rəsmisi Ross Wilson, Talibanı Əfqanıstanın böyük hissəsini ələ keçirmək üçün başlatdığı hücumlarını dayandırmağa çağırıb

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Ross Wilson Twitter hesabındakı açıqlamasında: “Taliban hücumları onsuz da quraqlıq, yoxsulluq və yeni tip koronavirus (Kovid-19) əleyhinə mübarizə aparan Əfqanıstan xalqının həyatını daha da çətinləşdirir. Əfqanların insan haqlarının pozuntusu mənasını verən  hücumlar  xalq arasında  qorxu yaradır. Xalq belə bir mübarizəyə dəstək verməz. Talibanı dərhal  atəşkəs elan etməyə,  siyasi həll yolu tapmaq və münaqişələrə daimi son qoymaq üçün həqiqi iradə və vicdanla danışıqlar aparmağa çağırırıq”.

Xatırladaq ki, ABŞ rəhbərliyi 29 fevral 2020-ci ildə Talibanla razılaşdı və 1 May 2021-ci ildə qoşunlarını Əfqanıstandan çıxaracağını açıqladı.

Xəbəri paylaş

VİDEOLAR