ABŞ-dan "İran nüvə razılaşması" ilə bağlı yeni İDDİA

ABŞ-dan

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İranın nüvə sazişi üzrə danışıqların bərpasının Tehrandan asılı olduğunu iddia edib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller 2015-ci il nüvə sazişinin bərpası və Tehrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı danışıqlarda son vəziyyəti dəyərləndirib.

Miller ölkəsinin İranın nüvə proqramı ilə bağlı diplomatiyanın tərəfdarı olduğunu bəyan edib və nüvə danışıqlarının bərpasının Tehran tərəfdən asılı olduğunu iddia edib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünənki nüvə danışıqları ilə bağlı verdiyi açıqlamada Tehran hökumətinin bir tərəfdən sanksiyaları neytrallaşdırmağa çalışdığını, digər tərəfdən də sanksiyaların ləğvi üçün danışıqlar pəncərəsini açıq saxladığını bildirib.

Əmir Abdullahian, "Hazırda müvəqqəti razılaşma mərhələsində deyilik", - deyə bildirib.

Xəbəri paylaş

VİDEOLAR