ABŞ-dan geri addım: İraq İrandan elektrik enerjisi idxal edə bilər

ABŞ-dan geri addım: İraq İrandan elektrik enerjisi idxal edə bilər

ABŞ rəhbərliyi İrandan qaz və elektrik enerjisini idxal etmək üçün İraqa müvəqqəti istisnalar tətbiq edəcək.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortagus qərarla əlaqədar verdiyi açıqlamada İran İnqilabı Keşikçiləri Qvardiyası ilə əlaqədə olan bəzi şəxslərin və təşkilatların İraqın elektrik enerjisi sahəsində İrana asılılığından mənfəət əldə etdiklərini bildirib.
Açıqlamada İraqa həmin mövzuda 30 gün istisna tətbiq ediləcəyi, bu ölkənin İrandan elektrik enerjisi idxalına icazə veriləcəyi qeyd edilib. 
Açıqlamda "ABŞ-ın hazırda tətbiq etdiyi bu qərarının məqsədi İraq xalqının təcili enerji ehtiyaclarını ödəməkdir" ifadəsi işlədilib.

Xəbəri paylaş

VİDEOLAR