ABŞ-da yeni “boz ölüm” yayılmağa başladı

ABŞ-da yeni “boz ölüm” yayılmağa başladı

ABŞ-da yeni narkotik vasitə yayılmaqdadır.

ABŞ-ın Luiziana ştatında yeni narkotik vasitə yayılmaqdadır. Hətta toxunarkən belə öldürə bilmək qabiliyyətinə görə ona "boz ölüm" adı qoyulub.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən bildirir ki, bu barədə "Newsweek" jurnalı yazıb.

Sen-Merinin polisi özünün "Facebook" səhifəsində yazıb ki, ilk dəfədir əllərinə belə maddə keçir. "Ona toxunmayın. Əgər mümkündürsə, əlinizə almayın", - polisin nümayəndəsi Devid Spenser qeyd edib.

Hüquq-mühafizə orqanlarında əmindirlər ki, cinayətkarlar bu maddəni artıq ştatın digər şəhərlərində yaymağa müvəffəq olublar. Polis belə boz maddəli paket aşkarlayarkən dərhal hüquq-mühafizə orqanlarına xəbər verməyi tövsiyə edir.

Qeyd olunur ki, "boz ölüm" - heroin, fentanil və digər opioidlərin qarışığıdır. Onun təsir gücü morfindən 10 min dəfə güclüdür. "Beton qırıntısına bənzəyən bu maddənin ən kiçik dozası belə insanı öldürməyə qadirdir", - polisdən bildirilib.

 

Xəbəri paylaş

VİDEOLAR