23.01.2020 09:37:47
Kaliforniya ştatı yaxınlığında yerləşən hava limanı ərazisində kiçik təyyarə qəzasında dörd ölüb
Yanvarın 22-də Korona şəhərinin (Kaliforniya ştatı) yaxınlığında yerləşən hava limanı ərazisində kiçik təyyarə qəzasında dörd nəfər həlak olub.
Rasthaber Azərbaycan "Trend"ə istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində şəhər yanğınsöndürmə xidməti bildirib.
Bildirilib ki, qəza nəticəsində 4 nəfər ölüb.
Məlumata əsasən, fəlakət 302,8 litr reaktiv yanacağının alovlanmasına və 0,1 hektar ərazidə yanğına səbəb olub. Yanğın hazırda söndürülüb.