ABŞ-da qəza: Çox sayda hərbçi öldü və yaralandı

ABŞ-da qəza: Çox sayda hərbçi öldü və yaralandı

ABŞ-ın Şimali Karolina ştatında dəniz piyadalarını daşı hərbi yük maşını aşıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2 hərbçi ölüb, 17 nəfər xəsarət alıb,

Hadisə çərşənbə günü günortadan sonra “Camp Lejeune” hərbi bazası yaxınlığında baş verib. İlkin məlumata görə, hərbi nəqliyyat vasitəsinin sürücüsü sürət həddini aşaraq dönmə əməliyyatını edə bilməyib.

Yaralılar xəstəxanaya yerləşdirilib. İki yaralının vəziyyəti ağırdır. Ölən hərbçilərdən biri arxadan gələn yük maşınının təkərləri altında qalıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbəri paylaş

VİDEOLAR