ABŞ-da "qatil polis" Floydun qətlində təqsirli bilindi

ABŞ-da

Minneapolis şəhərinin sabiq polis zabiti Derek Çauvin çərşənbə axşamı bir il öncə Corc Floydun ölümünə görə ona qarşı irəli sürülən bütün ittihamlar üzrə günahkar bilinib.

Rasthaber Azərbaycan VOA-ya istinadən xəbər verir ki, Çauvinə ikinci dərəcəli qərəzsiz qətl, üçüncü dərəcəli cinayət və ikinci-dərəcəli adam öldürmə ittihamları iləri sürülüb.

Bazar ertəsi 12 üzvlük münsiflər məhkəməsi yekun iddiaları dinlədikdən sonra üç həftə davam edən məhkəmədə əldə etdikləri məlumatları altı saat müzakirə edərək, qərar verib. Münsiflər məhkəməsindəki 12 nəfərdən altısı ağdərili, altısı isə qaradərili və ya çoxirqlidir.

İttihamçı yekun çıxışında ağdərili Çauvini doqquz dəqiqə boyunca dizini qaradərili Floydun boynunda tutaraq, onu öldürməkdə ittiham edib. Çauvinin vəkili Erik Nelson Floydun ölümünün bir səbəbinin onun narkotik maddələrdən istifadə etməso olduğunu və Çauvinin ötən may ayında Minneapolisdə Floydu saxladığı zaman aldığı polis təlimlərinə əməl etdiyini deyib.

Xəbəri paylaş

VİDEOLAR