ABŞ-da polis zorakılığı və qətllərinə etirazlar səngimir

ABŞ-da polis zorakılığı və qətllərinə etirazlar səngimir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) bir çox şəhərində polis əleyhinə nümayişlər səngimir.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, ABŞ-ın Bruklin-Senter şəhərində (Minnesota ştatı) qaradərili vətəndaş Dante Raytın gülələnərək öldürülməsinə etirazlar bir həftədir davam edir.

Yüzlərlə insan Bruklin Polis Mərkəzinin qarşısında, tələbələr isə Minnesota Universitetində bir araya gələrək, ölkədəki irqçi polis zorakılığına və polisin nümayişçilərə qarşı zorakılığına etiraz edib.

Portlandda nümayişçilər ABŞ-da polis tərəfindən öldürülən Afrika əsilli qaradərili şəxslərin adlarını yüksək səslə oxuyub, Rayt üçün ədalət tələb ediblər.

Denverdə isə etirazçılar polis zorakılığına “Qaradərililərin həyatı vacibdir” şüarları yazılmış plakatlarla etiraz ediblər.

Şimali Karolina ştatının Karlotte şəhərində “Qaradərililərin həyatı dəyərlidir” qrupunun üzvləri polis zorakılığına qarşı aksiya keçiriblər.

First Vard Parkına toplaşan nümayişçilər şəhərin mərkəzinə doğru irəliləyiblər.

Dante Raytı öldürən polis zabiti Kim Potter ikinci dərəcəli cinayətdə ittiham olunur. Elektroşok silahı əvəzinə səhvən odlu silahdan atəş açdığı iddia edilən Potterə 10 il həbs cəzası verilməsi tələb edilir.

Xəbəri paylaş

VİDEOLAR