ABŞ-ın Texas ştatında yerləşən məktəbdə baş verən atışmada ölənlərin sayı artıb.
Daha öncə Yuvald şəhərində ibtidai məktəbdə baş verən atışmada ən azı 14 şagirdin və bir müəllimin öldüyü bildirilirdi.
Ştatın qubernatoru Qreq Ebbottun sözlərinə görə, məktəbdəki atışmanı yerli sakin, 18 yaşlı Salvador Romas törədib. Onun hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşlarının addımları nəticəsində məhv edildiyi iddia edilir.