Güclü külək və yağışlar tornadolar törədərək, ABŞ-ın cənub-şərqinin çox hissəsində davam etməkdədir.
Belə ki, Alabama ştatında güclü sellər dağıntılara səbəb olub, Texasdan tutmuş Virciniya ştatına qədər evlərə ziyan vurulub. Fırtınalar ağacların və elektrik xətlərinin aşmasına səbəb olub.
Rasthaber voa-ya istinadən xəbər verir ki, hava şəraiti səbəbindən bəzi məktəblər dərsləri ləğv etməyə və ya onlayn tədrisə keçməyə məcbur olub. Yerli briqadalar təmizlik işləri aparmağa davam edir və bölgələrdə dağıntıların miqyasını qiymətləndirməyə hazırlaşır.
Milli Hava Xidməti çərşənbə günü səhər saatlarında fırtına və yağışın bölgənin çox hissəsində davam edəcəyi və Mərkəzi Körfəz Sahillərini də təsirinə məruz qoyacağı barədə xəbərdarlıq edib.
Fırtınalar bu həftə azı 3 nəfərin ölümünə səbəb olub və poweroutage.us veb saytına görə, Alabamada 75000, Mississippidə 66000, Corciada 13800, Virciniya ştatrında təxminən 25700 daxil olmaqla, Arkanzasdan tutmuş Merilend ştatına qədər 200000-dən çox insan elektrik enerjisiz qalıb.