ABŞ-da 25 dini liderdən Baydenə İran barədə ÇAĞIRIŞ

ABŞ-da 25 dini liderdən Baydenə İran barədə ÇAĞIRIŞ

ABŞ-dakı 25 dini liderdən ibarət qrup birgə bəyanatda ABŞ prezidenti Co Baydeni İranla 2015-ci ildə əldə edilmiş nüvə sazişinə qayıtmağa çağırıb.

Az.rasthaber.com MEHR-ə istinadən xəbər verir ki, Milli Qanunvericiliyin Dostları Komitəsinin (FCLN) rəhbərlik etdiyi qrup tərəfindən verilən açıqlamada, razılaşmaya qayıtmağın Yaxın Şərqdə sülh, diplomatiya və sabitlik üçün mühüm qələbə olacağı bildirilib.

Qeyd edək ki, ABŞ-ın əvvəlki prezidenti Donald Tramp, 2018-ci ilin mayında BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə Almaniya və İran arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan sonra, Tehrana qarşı sanksiyaları bərpa etməklə “maksimum təzyiq” siyasətinə əl atıb.

Xəbəri paylaş

VİDEOLAR